DünyaXƏBƏRLƏR

Urmiyyə gölü məsələsinin həlli üçün 24 həll yolu araşdırılır

Energetika naziri- Həmid Çitçiyan və Ekologiya Təşkilatının sədri- Məsumə Ebtekar Urmiyyəyə səfər edərək, Urmiyyə gölünün quruması məsələsinin həllində dövlətin cidd-cəhd göstərməsinə təkid ediblər.

Həmid Çitçiyan qabaqkı dövlətin Urmiyyə gölü barədə 24 həll yolunu araşdırmasına işarə edərək, əlavə edib: Bu həll yollarının reallaşması sahəsindəki mühüm mövzulardan biri, layihənin icrası üçün lazımi mənbələrin təmin edilməsidir.

Məsumə Ebtekar da Urmiyyə gölünün problemlərinə işarə edərək, söyləyib: Dövlətin Urmiyyə gölünün bərpası sahəsindəki hədəfi, Azərbaycan əhalisi və bütün İran xalqı arasında dinclik və razılıq yaratmaqdır ki, ümid edirik, tez bir zamanda bu hədəf reallaşacaq.

Məsumə Ebtekar Urmiyyə gölünün bərpası sahəsində ötən illərdə görülmüş tədbirlərə işarə edərək, deyib: Ümid edirik ki, Urmiyyə gölünün Milli Parkının vəziyyətinin yaxşılaşmasına zəmin yaranmış olsun.

Meşələr, Parklar və Suvarma Təşkilatının suvarma məsələləri üzrə sədr müavini- Pərviz Gərşasbi bu gün Qərbi Azərbaycan ostanının Təbii Ehtiyatlar üzrə Baş İdarəsinin Suvarma üzrə məsul şəxsləri və ekspertləri ilə birgə iclasda deyib: Gölün bərpası yollarının araşdırılması sahəsində dövlət büdcələri üzərində səy göstərəcəyik və təkcə dövlət başçıları gölün xilas edilməsi üzrə həll yolunu axtarırlar ki, bu, düz deyil və əhali də bu sahədə çalışmalıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu