Türkiyə ordusu bir bəyanat yayaraq bildirib ki, bu ölkə ordusunun hərbi təyyarələri “İraq və Şamın islami dövləti”-nin ( DAEŞ) Suriyanın bəzi ərazilərindəki mövqelərinə hücum edib.
Ordunun yaydığı bəyanata görə, Türkiyə ordusunun hava qoşunlarının F-16 tipli hərbi təyyarələri adı qeyd olunan ifratçı qrupa aid bir neçə nəqliyyat vasitəsini hədəfə alıb.