
İran İslam Respublikasının müdafiə naziri deyib: “Cəmaran-2” kreyseri tezliklə ölkənin şimalında, Xəzər dənizində suya salınacaq.
İranın Müdafiə Nazirliyinin Müdafiə Təbliğatı Baş İdarəsinin məlumatına görə, müdafiə naziri general-polkovnik Əhməd Vəhidi bu gün deyib: Bu kreyser İranın Müdafiə Nazirliyinin Hərbi Dəniz Sənayesi bölməsində çalışan bacarıqlı mütəxəssislərin yorulmaz səylərinin nəticəsidir.