Avropa Parlamentində İranla Əlaqə Komitəsinin sədri bildirib ki, Avropa Parlamentində İranla Əməkdaşlıq strategiyası hazırlanacaq.
Xanım Qrunberq deyib ki, İran ilə altılıq arasında Cenevrə razılaşmasının imzalanmasından sonra Avropa Parlamenti İran İslam Respublikası ilə həmkarlıqlarını genişləndirmək niyyətindədir.
Avropa Parlamentində İranla Əlaqə Komitəsinin sədri bazar günü Tehranda İran Narkotik Maddələrlə Mübarizə Polisi rəisinin əvəzedicisi- general-mayor Əhmədrza Radan ilə görüşdə Avropa Parlamentinin narkotik maddələrlə mübarizə sahəsindəki əzmkarlığından xəbər verərək, deyib: Avropa Parlamenti İranla əlaqələri genişləndirməyə çalışır və bu mühüm əlaqələrdən biri, narkotik maddələrlə mübarizə sahəsində formalaşacaq.
Avropa Parlamentində İranla Əlaqə Komitəsinin sədri qeyd edib ki, Avropa Parlamenti heyətinin İrana səfərinin əsas mövzusu, İran parlamenti ilə həmkarlıqları genişləndirməkdir.