DünyaXƏBƏRLƏR

Vəhhabi təbliğatçının Nelson Mandella barədəki qəribə fikri

Dünən Cənubi Afrika Respublikasının keçimiş prezidenti və irqçiliklə mübarizənin qəhrəmanı və simvolu- Nelson Mandella dəfn olundu.

Nelson Mandellanın dəfn və anım mərasimi dünyanın doxsandan yuxarı ölkəsinin dövlət başçıları və rəsmilərinin iştirakı ilə İohannesburq şəhərindən cənubda yerləşən Soteo şəhərinin yüz min nəfərlik FNB idman kompleksində keçirilib.

Lakin bir vəhhabi təbliğatçının Nelson Mandella barədəki qəribə fikri çoxlarını təəccübləndirib.

Səudiyyəli bir vəhhabi təbliğatçı deyib: Şəri cəhətdən Nelson Mandella üçün bağışlanmanın dilənməsi düzgün deyil. Onun gördüyü xeyir əməllər axirətdə ona kömək etməyəcəkdir. Ancaq bəlkə onun cəzalarını azaltmış olsun.

Salman Əl-Macid Səudiyyə telekanalı olan Rotana ilə müsahibədə Nelson Mandella barədə deyib: Qeyri-müsəlman üçün bağışlanmanın dilənməsi düzgün deyil…

Allah Böyük Peyğəmbər(s.ə.s)-ı münafiqləri bağışlamaqdan çəkindiribdir.

Nelson Mandella, bütün dünyada irqçiliklə mübarizənin simvolu kimi tanınır və bir çoxları onu Cənubi Afrika Respublikasının atası bilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu