Vəhhabi terrorçu azərbaycanlıları Suriya hökumətinə qarşı “savaş”a çağırır

“Youtube” video paylaşım şəbəkəsində azərbaycanlı vəhhabi terrorçu azərbaycanlıları Suriya hökumətinə qarşı savaşda iştirak etməyə çağırıb.

Video azərbaycanlı vəhhabiləri Suriyada cihada səsləyir və bildirir ki, Suriyaya gəlmək istəyən “əxi”-lərə maddi yardım da göstəriləcək.
Maraqlısı budur ki, çıxış edən Əbu Yəhya əl-Azəri adlı silahlı vəhhabi dəstəsinin rəhbəri Azərbaycandan münaqişə zonasına getməyin çox asan olduğunu bildirir və iddia edir ki, Suriyada döyüşmək namaz qədər vacibdir.
Terrorçu çıxışında həmçinin bildirir ki, bura qardaşlarla yanaşı Azərbaycan vətəndaşı olan bacılar, xanımlar və uşaqlar da gəlib. Hətta ailələri ilə birlikdə gələnlər də var.

Video “Youtube” şəbəkəsində dünən (08.05.2013) paylaşılıb.
Qeyd etmək lazımdır ki, keçən il məlum olmuşdur ki, rəsmi Bakı da Suriyadakı müxalif terrorçu qruplara 500 min Avro yardım ayırıb.

↑
Mobil sürümden çık