Vəlayəti: İran və Pakistanın bölgə və dünyanın sülh və stabilliyi üçün əməkdaşlıq etməsi faydalı

İran İslam nizamının məsləhətlərini diaqnoz təşkilatına bağlı strateji araşdırma mərkəzi başçısı Əli Əkbər Vəlayəti, İran və Pakistan arasında əlaqələrin inkişafı baxımından çox yaxşı potensial və mühitin mövcud olduğunu söylədi.

IRNA’nın xəbərinə görə, Vəlayəti, ictimai paylaşma saytı instagram’da şəxsi hesabından etdiyi şərhdə, bölgə, beynəlxalq şərtlər və xüsusilə də terrorizmlə mübarizənin, İran və Pakistan arasında əlaqələrin artması üçün lazımlı mühiti hazırladığını bildirdi.

Əli Əkbər Vəlayəti, İran və Pakistanın bölgə və dünyanın sülh və stabilliyi üçün əməkdaşlığı faydalı və təsirli olaraq xarakterizə etdi.

İran strateji araşdırma mərkəzi başçısı, İran prezidentin Pakistan səfərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün lazımi mühiti hazırladığını ifadə edərək, bu ziyarətin eyni zamanda bölgədə həddindən artıq, tekfirci və terrorist qrupların səbəb olduğu qayğı verici mühitin dəyişməsinə səbəb ola biləcəyini söylədi.

↑
Mobil sürümden çık