İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik komissiyasının sədri Vyana müzakirələrində Tehranın müzakirəçi heyətinin təmkinliyi və heybətini tərifə layiq hesab edib.
Əlaəddin Burucerdi İSNA Xəbər Agentliyi ilə müsahibədə İranla Altılıq qrupunun Vyanadakı nüvə danışıqlarına işarə edərək xatırladıb: Vyanada İranın müzakirəçi heyəti ölkənin milli maraqlarını müdafiə və İran Milli Təhlükəsizlik Ali Şurasının cızıqladığı çərçivədə öz missiyasını layiqincə yerinə yetirib.
“Danışıqların 4-cü turunda Tehranın müzakirəçi heyəti Amerikanın ekspansionist siyasətlərinə tabe olmadı və İİR-nın mövqeyini möhkəm müdafiə etdi və bu siyasət gələcəkdə də daimi siyasət kimi davam etməlidir.” Deyə Burucerdi sözlərinə əlavə edib.
“Adətən həssas və mühüm müzakirələr qısa zamanda nəticə verməz. Amerikalılar bilməlidirlər ki, danışıqlar sonda nəticə verməsə onda İran beynəlxalq qanunlar çərçivəsində nüvə texnologiyalarının inkişafı ilə bağlı siyasətlərini var gücü ilə davam etdirəcək. ” deyə Burucerdi sözlərini tamamlayıb.
