İranın xarici işlər naziri öz livanlı həmkarı ilə telefon əlaqəsi saxlayaraq, İran prezidenti- Ruhaninin Livan rəsmilərinin İranın Beyrutdakı səfirliyinə qarşı terror hücumu amilinin həbsi üzrə təsirli səylərinə olan təşəkkürünü çatdırıb.
Məhəmməd Cavad Zərif bu telefon söhbətində həmin hərəkəti təbrik edərək, bildirib: Bu şəxsin region əmin-amansızlıqlarında, həmçinin İran İslam Respublikasının Beyrutdakı səfirliyinin iki işçisini və bir qrup Livan vətəndaşını şəhid etməkdəki roluna görə, İran bu terrorçu şəxsin istintaqı prosesində həmkarlıq etmək məqsədilə Beyruta bir heyət göndərmək fikrindədir.
Həmçinin İranın Beyrutdakı səfirliyinin yaxınlığındakı terror partlayışı qurbanlarının ailələri Əbdullah Əzam qrupunun başçısı, ərəbistanlı cani- Macid Əl-Macidin Livanın daxilində mühakimə olunmasını istəyiblər.
Bu partlayışın qurbanlarının ailələri Beyrutda keçirilən mətbuat konfransında vurğulayıblar ki, Əl-Macid Livanın daxilində mühakimə olunmalıdır.
Əl-Qaidənin tabeliyində olan Əbdullah Əzam qrupu bundan öncə İran səfirliyi yaxınlığındakı partlayışın məsuliyyətini öz üzərinə götürmüşdü.
Terrorçu Əbdullah Əzam qaragüruhu Cibhətunnəsrə adlı təkfirçi qrupun qollarındandır və qərb kəşfiyyat mənbələrinin dediklərinə görə, Ərəbistan tərəfindən maliyyələşdirilir.