SuriyaXƏBƏRLƏR

Bəndər Bin Sultan və ABŞ-ın Suriyaya hücum etməsi üçün xərclənən 70 milyon dollar

Ərəbistanın Təhlükəsizlik Şuasının başçısı ABŞ rəsmilərini Suriyaya hücum etməyə təhrik etmək üçün birbaşa olaraq 70 milyon dollar pul xərcləyib.

Bəndər Bin Sultana yaxın olan biri bildirib ki, Bin Sultan ABŞ rəsmilərini Suriyaya hərbi müdaxilə ilə razı salmaq üçün 70 milyon dollar pul xərcləyib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin başçısının Ərəbistana səfər etməsindən sonra Ərəbistan kralı məlik Abdulla tərəfindən rəsmən bu ölkənin təhlükəsizlik sisteminin başına gətirilən Bəndər Bin Sultan ötən illər ərzində iki ölkə arasında açar rola malik olub. Belə ki, bir çox təhlilçilər bunu “Təhlükəsizlik müqabilində Pul və Neft” siyasəti adlandırırlar.

Bob Vudvardın yazdığı “Hücum Planı” kitabında deyilir: Bəndər Bin Sultan ABŞ prezidenti Corc Buşun İraqa hücum qərarını almasında təsirli rola malik olub.
Bəndər Bin Sultan Bin Əbdüləziz Ali-Səud ailənin ən nüfuzlu üzvlərindən biridir. O, 1983-cü ildən 2005-ci ilə kimi 22 il müddətinə Ərəbistanın Amerikada səfiri olub.
Bəndər Amerikada səfir olduğu müddət ərzində ABŞ-ın 5 prezidenti, 10 dövlət katibi, 11 milli təhlükəsizlik müşaviri, 16 Konqres iclası və yüzlərlə tanınmış siyasətçisi ilə əlaqəyə malik olub. Onun Corc Buş ilə əlaqələri o qədər yaxın olub ki, ona Bəndər Buş ləqəbi verilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu