SuriyaXƏBƏRLƏR

Qətərli məvacib alan şeyxin fitnəli sözləri

Dəfələrlə terrorçular tərəfindən günahsız suriyalı vətəndaşların qırğın edilməsini himayə edən qətərli məvacib alan şeyx, şübhəli bir mövqe tutmada şiələrlə sünnilərin əlaqələri haqda fitnəli sözlər söyləyib.

Son aylar ərzində region hadisələri haqda Rəsmi Doha ilə tam şəkildə eyni istiqamətdə hərəkət edən sözdə Müsəlman Alimlər Birliyinin sədri və qətərli məvacib alan müfti Şeyx Yusif Əl-Qərzavi təfriqəçi və qərəzli sözlərdə şiələrə qarşı tənqidi hücumlar həyata keçirib.

Son aylar ərzində silahlı terrorçular tərəfindən günahsız Suriya xalqının qırğın edilməsini hərtərəfli formada himayə edən Əl-Qərzavi iddia edibdir ki, Suriya hadisələri şeytanın onlar içərisinə daxil olduğu və onları Allahın yadından qafil etdiyi Livan Hizbullahının mahiyyətini aydınlaşdırdı.

Özünün sionist ərbablarının təlimləri istiqamətində Suriya böhranını süni və şiə toqquşması adlandıran bu qətərli məvacib alan müfti iddia edibdir ki, şiələr Suriyada sünni əhlini qırğın etmək üçün özlərinin bütün güclərini işə salıblar.

Son zamanlar 2010-cu milad ilində İşğal Edilmiş Fələstinə gizli səfəri haqda xəbərlər yayımlanan Suriya sələfilərinin mənəvi rəhbəri Yusif Qərzavi öncələr də Amerikaya əminlik vermişdir ki, suriyalı üsyançılar sionist İsrail rejiminin təhlükəsizliyi üçün heç bir xətər törətməyəcəklər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu