Amerika müsəlmanları müqəddəs kitab, o cümlədən Quranın yandırılmasına qadağanın qoyulması üçün bir layihənin təsdiqlənməsini istəyiblər.
İKNA Xəbər Agentliyinin məlumatına görə, ABŞ-da Quranın yandırılması hallarının davam etməsi ilə bu ölkə müsəlmanları müqəddəs kitab, o cümlədən Quranın yandırılmasına qanuni cəhətdən qadağa qoyulması üçün layihənin təsdiqlənməsini istəyirlər.
ABŞ-ın Miçiqan ştatında Dirborn şəhəri məscidinin imam camaatı bildirib: Bütün dinlərin ardıcıllarına müqəddəs kitab, o cümlədən Quranın ABŞ-da yandırılmasının qadağan olunması üçün birləşməyə çağırış elan olunur.
Amerikalı islamofobistlər ötən çərşənbə axşamı günü Miçiqan ştatının Dirborn şəhəri məscidinin qarşısında bir neçə Quran-Kərimi yandırıblar.