İslam Partiyasının Astara şöbəsinin sədri, dindar məhbus Ruhullah Axundzadənin səhhəti zindanda ciddi problemlər ilə üzləşib.Həmin problemlər onun üçün həyati təhlükə törədir.
İslamazeri İnternet qəzetinin məlumatına görə, “İslamçıların Hüquqlarının Müdafiə Komitəsi”nin sədri Natiq Kərimov bildirib : “Xəstə olan insanın “kars”a salınması qeyri-qanunidir. Çünki Ruhulla Axundzadənin səhhətində müəyyən problemlər var. Onu cərimə kamerasına salmazdan öncə səhhətində olan problemlər nəzərə alınmalıdır. Ruhulla Axundzadə təzəlikcə Penitensiar Xidmətin tərkibində fəaliyyət göstərən tibb mərkəzindən gətirilib. Bu ölkəki hadisələrin analoqu yoxdur.
Burada kiçik-kiçik padşahları nəzərə alırlar. Düzdür, bir neçə gündən sonra bəzi danışıqlar nəticəsində karsdan çıxarılıb. Gələcəkdə bu məsələ müzakirəyə çıxarıldıqdan sonra hansısa addımın atılacağı istisna deyil. Biz onun xəstəliyi ilə bağlı əvvəllər müraciət etmişik. Ancaq bizdə belə şeylərə baxmırlar görünür. Hal hazırda isə hansısa müraciət planlaşdırılmır.”