DünyaXƏBƏRLƏR

Amerikalı diplomatlar Hindistanda bir sıra imtiyazlardan məhrum ediliblər

Hindistan və Amerika arasında hindistanlı bir diplomatın Nyu-Yorkda həbs edilməsi əlaqədar gərginliyin artmasının ardınca, Yeni Dehli amerikalı diplomatları bir sıra imtiyazlardan məhrum edib.

Hindistanın dövlət rəsmiləri çərşənbə günü göstəriş veriblər ki, ABŞ-ın davranışına qarşılıq olaraq amerikalı diplomatların bəzi imtiyazlardan məhrum edilməsi istiqiamətində lazımi tədbirlər görülsün.
Bu istiqamətdə ABŞ-ın Hindistandakı səfirliyinə göstəriş verilib ki, özünün bütün ticarət fəaliyyətlərini dayandırsın.
Hindistan rəsmiləri həmçinin, Amerikaya bildiriblər ki, artıq bundan sonra ABŞ səfirliyinə məxsus avtomobillər yol hərəkəti qaydalarını pozduqda cərimədən azad olunmayacaqlar.
Hindistan polisi həmçinin, ABŞ-ın Yeni Dehlidəki səfirliyinin önündə quraşdırılmış təhlükəsizlik baryerini yığışdırıb.
İki ölkə münasibətlərindəki gərginlik ABŞ polisinin 2013-cü il 19 noyabr tarixində Hindistan diplomatı Dyubani Kubraqdini həbs etməsi, soyunduraraq, üzərinə baxış keçirməsinin ardınca yüksəlib.
Yanvarın 13-də bu diplomata qarşı ittihamın irəli sürülməsi gözlənilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu