Qoşulmayanlar Hərəkatına üzv ölkələr bir daha İranın nüvə mövzusunun müzakirə yolu ilə həll edilməsinə təkid ediblər.
İRİB-nin Vyanadan verdiyi məlumata görə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Doktor Əli Əsğər Sultaniyə Qoşulmayanlar Hərəkatının sədri kimi dünən bu hərəkatın bəyanatını MAQATE-nin Direktorlar Şurası iclasında qiraət etdi.
Bu bəyanatda bildirilir:
Qoşulmayanlar Hərəkatı bütün ölkələrin heç bir ayrı-seçkilik olmadan və qanuni öhdəliklərə əsasən sülhsevər məqsədlər üçün atom enerjisindən istifadə, bu haqda hər cür genişləndirmə, istehsal və tədqiqat haqqı üzrə ilkin və inkaredilməz haqlarına təkid edir.
Qoşulmayanlar hərəkatı İranın nüvə mövzusunun uzunmüddətli həll edilməsi üçün diplomatiya və müzakirənin yeganə yol olduğunu haqdakı prinsipial mövqeyini bildirir. QH bu məqsədin reallaşması üçün bütün üzv ölkələri bu haqda müsbət iştiraka təşviq edir.