AvropaDünyaXƏBƏRLƏR

Ukrayna separatçıları Donetsk prokurorluğunun binasını ələ keçiriblər

Ukraynadan əldə olunan məlumata görə bu ölkənin şərq bölgələrində gərginlik hələ də davam edir. Son məlumatlara əsasən, Donetsk prokurorluğunun binası müxaliflərin əlinə keçib.

Məlumata əsasən, silahlı müxaliflər Donetsk şəhərində dövlət binalarını işğal edərkən atəş açıblar.

Press TV xəbər telekanalı bildirib: Ukraynanın şərqində Donetsk şəhərində polis zabitləri öz silahlarını yerə qoyublar və etirazçılara təslim olublar.

Ukraynanın müvəqqəti prezidenti ölkə hərbçilərinin başqa bir qrupunun müxaliflərə qoşulduğuna toxunaraq etiraf edib ki, şərq bölgələri dövlətin nəzarətindən çıxıb. Etirazçılar referendum keçirmək və Rusiyaya qoşulmaq ardıncadırlar.

Ukraynanın şərqindəki gərginliklər Krım yarımadasının bu ölkədən ayrılması və Rusiya Federasiyasına qoşulmasından sonra daha da acınacaqlı hal alıb. Rusiya Amerikanı Ukrayna böhranında səhnənin idarəçisi hesab edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu