DünyaXƏBƏRLƏR

BMT bütün dünyada jurnalistlərin himayə olunmasını istəyib

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, BMT baş katibi Ban Ki Mun və müavini İlyasun ayrı-ayrı toplantılarda informasiyanın azad çatdırılması prosesi və bütün dünyada jurnalistlərin fəaliyyətlərinin tam şəkildə və qətiyyətlə himayə olunmasını istəyiblər.

Təhlükəsizlik Şurasının daimi üzvləri hərbi toqquşmalarda jurnalistlərin mühafizə olunmasının araşdırılması mövzusunda keçirilən toplantısında bütün hökumətlər və qrupların mülki vətəndaşlar, xüsusilə də jurnalistlərin təhlükəsizliyini qorumalarını istəyiblər.

BMT baş katibi deyib: Ötən bir onillikdə 600-dən çox jurnalist cəmiyyət üçün öz əsaslı vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. Bir çox hallarda jurnalistlər qeyri-insani və qeyri-qanuni hərəkətlərə qarşı ifşaçılığa görə qətlə yetirilmişlər.

Ban Ki Mun deyib: Ağrılı və qəbul edilməz məsələ budur ki, jurnalistlərin terrorunun 90%-dən çoxu onları tənbeh etmək istiqamətində olub. Onların qətli araşdırılmalı və cinayətkarlar öz cəzalarına çatmalıdırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu