Terrorçular Suriyanın mərkəzində yerləşən Homs vilayətində xristian sakinli bir kəndə hücum edərək mülki vətəndaşları qətliam ediblər.
Silahlı qruplaşmalar bazar ertəsi günü Suriyanın mərkəzində yerləşən Homs vilayətində xristian sakinli əl-Dəvir kəndinə hücum edərək bu kəndin mülki vətəndaşları, o cümlədən qadın və uşaqları qırğın ediblər.
Suriya ordusu qüvvələri də terrorçuların bu kəndə daxil olmasının qarşısını almaq üçün mübarizə aparıblar və əl-Dəvir kəndində silahlı yaraqlılarla döyüşürlər.
Silahlı qruplaşmalar Suriya ordusu qüvvələri tərəfindən azad olunmaq ərəfəsində olan Qüsəyr şəhərində ağır zərbələr aldıqdan sonra əl-Dəvir kəndinə hücum ediblər.