Amerikanın Dövlət Departamenti bir hesabat yararaq, Bəhreyndə insan haqlarının pozulması və müxaliflərin işgəncə edilmələrinə etiraf edib.
Livanın Əl-Minar Telekanalının verdiyi məlumata görə son zamanlar Amerikanın Dövlət Departamentinin Bəhreyn haqdakı hesabatında bildirilib: ” Bəhreynin ən böyük problemi, bu ölkə xalqının hökuməti sivil və demokratik metodlarla dəyişə bilməməsi habelə, naməlum ittihamlarla bəhreynli etirazçıların həbs edilməsidir ki, bəzi hallarda bu məsələ həbs zamanı fiziki işgəncə ilə nəticələnir”.
Qeyd edilən hesabatda sonra belə bildirilib: ” Bəhreyndə irqi və məzhəbi ayrı-seçkilik habelə vətəndaşlığa və hansı tayfadan olmağa əsasən diskriminasiyanın yürüdülməsi hələ də davam edir”.
Birləşmiş Millətlər Təşkilatının Bəhreyndə işgəncə məsələsi üzrə xüsusi nümayəndəsi də Bəhreyn dövlətinin, BMT-nin bir insan haqların heyətinin bu ölkəyə səfərini ləğv etməsi haqda təəssüfləndiyini bildirərək, deyib: ” Bu 3-cü dəfədir ki, mənin Bəhreynə səfərin təxirə düşür və hələ də bu səfər üçün yeni bir zaman təyin edilməyib”.
Beynəlxalq Amnistiya Təşkilatı da Bəhreynin BMT-nin işgəncə üzrə xüsusi məruzəçisinə bu ölkəyə daxil olmaq icazəsi verməməsini tənqid edib.