Sədr qrupunun rəhbəri iraqlıları Suriyaya qarşı hərbi hücuma müxaliflərini bildirmək üçün aksiyaya dəvət edib.
Muqtəda Sədrin ofisi bir bəyanatda bildirib: Bu qrup Suriyaya istənilən hərbi hücuma qarşıdır və beynəlxalq qanun-qaydalarla ziddiyyətdə olan bu ölkənin daxili işlərinə istənilən müdaxiləni pisləyir.
Bu bəyanatda xarici müdaxilə və yaxud xarici işğal olmadan azadlıq və insan kəraməti, öz qanuni və milli hüququndan yararlanmaqda Suriya xalqının haqlı hüququ vurğulanmışdır.
Muqtəda Sədr bu bəyanatda İraq xalqından istəyib ki, dinc aksiyalar keçirərək Suriyaya açıq-aşkar müdaxilənin əleyhinə olduqlarını bildirsinlər.
Qərb ölkələri və ABŞ son günlərdə Dəməşqə qarşı irimiqyaslı təbliğat qalmaqalı yaradıblar və kimyəvi silahlardan istifadə bəhanəsi ilə bu ölkəyə hərbi hücum seçimini gündəmə gətiriblər.