Çinin hakim partiyasının media orqanı olan Xalq qəzeti bir məqalədə ABŞ-ın kibernetik fəaliyyətlərini bütün dünya üçün ziyanverici və şeytani əməllərin meyarı adlandırıb və yazıb: ABŞ-ın kibernetik əməliyyat və hücumlarının tarixi 1-ci Fars Körfəzi müharibəsinə qayıdır.
Bu məlumata görə, amerikalılar 2001-ci ildən sonra kibernetik müharibə planını “Olimpiya Oyunları” adı altında başlayıblar.
Bu qəzet qeyd edir ki, İran sentrifuqlarını işdən salmaq üçün həmin virus proqramını bu ölkənin uranın zənginləşdirilməsi obyektlərinə göndərənlər amerikalılar idilər.
Çinin hakim partiyasının orqanı ABŞ-ın kibernetik hücumlarının hətta nüvə silahlarından daha təhlükəli olduğuna toxunaraq yazıb: Vaşinqtonun belə hərəkətləri davam etdirdiyi zamana qədər dünyanın üzü gülməyəcək və hətta bir gün belə olsun, dünyada sülh bərqərar olmayacaq.