AsyaDünyaİranXƏBƏRLƏR

Tehranın cümə namazı xitabətçisi: Bəşəriyyət üçün gələcək təhlükə, Amerika və sionist rejim təhlükəsidir

Tehranın cümə namazı xitabətçisi bütün islami İranda mübarək Fəcr ongünlüyü günlərində əzəmətli mərasimlərin keçirilməsini vurğulayıb.

Tehranın cümə namazı xitabətçisi- Ayətullah Seyid Əhməd Xatəmi mübarək Fəcr ongünlüyünü əziz tutaraq, deyib: İran İslam Respublikasının banisi- İmam Xomeyni(rə)-in rəhbərliyi altında İslam İnqilabının qələbəsi İran xalqı üçün 57 il din ilə mübarizə qarşısında dinin hakimiyyəti, habelə istiqlaliyyət və azadlığı müjdə gətirdi.
Ayətullah Xatəmi həmçinin Amerika rəsmilərinin, o sıradan həmin ölkənin prezidenti- Barak Obama və dövlət katibi- Con Kerrinin İrana qarşı hədələrinə işarə edərək, vurğulayıb: Bu hədələr daha təsirsiz olub və İran xalqı müqavimət mədəniyyəti ilə həmin səviyyədə onlara cavab verəcəkdir.
Tehranın cümə namazı xitabətçisi bildirib: İslam İnqilabının Böyük Rəhbəri dəfələrlə buyurublar ki, İran İslam Respublikası atom bombası düzəltmək ardınca deyil. O, deyib: Amerika Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini bombardman etməklə on minlərlə nəfəri qətli-am etdi.
Ayətullah Xatəmi bəşəriyyətin gələcəkdən nigaran olmasına işarə edərək, belə qeyd edib: Bəşəriyyət üçün gələcək təhlükə, Amerika və sionist rejim təhlükəsidir.
Tehranın cümə namazı xitabətçisi Livan Hizbullahını bir terror qrupu bilən Amerikanı tənqid edərək, deyib: Livan Hizbullahı terrorçu qrup deyil, zira şərəflə Livan torpağını işğalçı İsrail rejimi qarşısında müdafiə edir.
Ayətullah Xatəmi habelə beynəlxalq Cenevrə-2 konfransının uğursuz qalmasına işarə edərək, söyləyib: Suriya böhranının həll yolu, Amerika və onun mürtəce ərəb müttəfiqləri tərəfindən Suriyadakı terrorçu və təkfirçi qruplar üçün silahın göndərilməməsidir.
Tehranın cümə namazı xitabətçisi Misirdəki hazırkı olaylar barədə xəbərdarlıq edərək, deyib: Bu ölkədəki hərbçilər bir daha “Namübarək dövrü”nü təkrar və Misiri bir daha İsrail rejiminin nüfuz dairəsinə daxil etmək niyyətindədirlər.
Tehranın cümə namazı xitabətçisi habelə Ali-Xəlifə rejimi tərəfindən Bəhreyn Din Alimləri Şurasının buraxılmasını tənqid edərək, vurğulayıb ki, Bəhreyn rejiminin din və İslamla problemi var və bu rejim Bəhreyn xalqına qarşı bu zülmlərlə qalası deyildir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu