Suriya ordusunun Deyrəzzurdakı zəfərləri və irəliləmələri davam edir və bu şəhərdə terrorçulardan çoxlu sayda qrup, o cümlədən terrorçuların başçılarından biri öldürüldü.
Suriya Televiziyasının verdiyi məlumata görə Deyruzzurun Rüşdiyyə məntəqəsində şam məntəqəsi fatehləri korpusu adlı terrorçu qruplaşmanın başçılarından olan Məhəmməd Şati habelə bir çox terrorçu öldürüldü.
Suriya ordusunun qüvvələri həmçinin terrorçuların Məriiye və Cəfrəyə olan hücum cəhdlərini də uğursuz qoyublar.
Suriya Televiziyasının bu məntəqədə olan müxbiri Məhəmməd Ərsan Suriyanın dövlət ordusu qüvvələrinin Rüşdiyyə məntəqəsindəki terrorçulara qarşı zəfərləri və irəliləmələrinin davam etməsindən xəbər verib.