Livan Hizbullahının icra şurasının sədri sionist rejimin regiona qarşı təxribatçı planlarını şərh edərkən Hizbullahın bu rejimin axmaq hərəkətləri ilə qarşılaşmağa hazır olduğunu bildirib.
Haşım Səfiyəddin deyib: Amerika Suriyaya məhdud olmayan İraq, Tunis, Misir və Livanı da əhatə edən təxribatçı planlara malikdir.
Hizbullahın icra şurasının sədri deyib: ABŞ hökuməti və qərb dövlətlərinin hazırda region üçün planları dağıdıcılıqdır və Suriya olayları bunun aşkar nümunəsidir.
Səfiyəddin deyib: Sionist rejim hesab edir ki, Hizbullah Suriya məsələləri ilə məşğuldur ona görə də Hizbullaha təzyiq göstərmək olar, lakin bu rejim Suriya olaylarının bizi İsrailə qarşı müqavimətdən bir gün belə qafil etməyəcəyini başa düşməlidir. Biz hal-hazırda sionist rejimin ehtimal olunan hər hansı axmaqlığı ilə qarşılaşmaq üçün hər zamandan daha çox hazırlığa malikik.