Rusiyanın BMT-dəki təmsilçisi Cenevrə-2 konfransına İranın dəvət edilməməsindən təəssüfləndiyini qeyd edib .
Vitalı Çurkin yanvarın 21-də İtartasa verdiyi açıqlamasında bəyan edib : Rusiyanın xarici işlər naziri və ABŞ-ın dövlət katibi və BMT-nin baş katibi Sergey Lavrov , Con Kerry və Ban Ki Mon İsveçrənin Montero şəhərində üçtərəfli bir görüşdə Cenevrə-2 görüşündə İranın iştirak etməsi mövzusunu mübahisə edəcəklər.
Çurkin deyib : Belə bir görüşün hazırlıq işləri görməkdədir. Çünki bundan öncəyə qədər Cenevrə-2 konfransında İranın iştirak edib , etməyəcəyi dəqiqləşməmişdi.
Çurkin eyni halda xatırladıb : Sözügedən beynəlxalq konfransda İranın iştirak etməsinə zəmin yaratmamaq böyük bir yanlışlıq olub və heç bir vəchlə onun əvəzini çıxmaq olmaz.
Onun sözlərinə görə, belə bir zəruri məsələni şübhə altına alan kəslər Suriya məsələsinin ədalətli şəkildə həll edilməsini istəmirlər.
Cenevrə-2 konfransı sabah 22 yanvar İsveçrənin Montero şəhərində keçiriləcək.