
Ötən gün Türkiyənin İstanbul şəhərində başlayan İranla 5+1 qrupu arasında ekspertlər səviyyəsindəki nüvə müzakirələri bu gün bağlı qapılar arxasında heç bir kütləvi informasiya vasitələrinin nümayəndəsi olmadan davam edib.
Almatı müzakirələrində verilən qərara əsasən İran və 5+1 qrupu ekspertlərinin iclası İranın nüvə proqramı barəsində danışıqlar məqsədilə bu gün də davam edir.
İran və 5+1 qrupu ekspertlərinin İstanbul iclasının nəticələri iki tərəfin İranın nüvə proqramı barəsindəki danışıqlarının davam etməsinə şərait yaradacaq.
İranla 5+1 qrupu arasında Qazaxıstanın Almatı şəhərində keçirilən nüvə müzakirələrinin ardınca qərara alınıb ki, iki tərəf ekspertləri müştərək ortaqlıqların əldə olunmasına səy göstərmək istiqamətində martın 18 və 19-da İstanbulda bir araya gəlsinlər.
İranla “Altılar” qrupu arasında növbəti nüvə müzakirələri yenidən Almatıda keçiriləcək.
