BMT-nin İnsan Haqları üzrə baş komissarının sözçüsü söz azadlığı sahəsində öz təbii hüquqları əsasında hərəkət etmələrinə görə, Ərəbistan vətəndaşlarının təqib olunmaları barədə nigarançılıq ifadə edərək, bu ölkədə insan haqlarının müdafiəsi üzrə fəaliyyət göstərən məhbusların tez bir zamanda azadlığa buraxılmalarını istəyib.
BMT-nin İnsan Haqları üzrə baş komissarının sözçüsü- Ravina Şamdasani deyib ki, Ərəbistan rəsmilərinin həbsdə olan insan haqları müdafiəçisi- Ömər Əl-Səidlə rəftar tərzi söz azadlığını pozulmasının bariz nümunəsidir.
O, Ərəbistanda siyasi fəallardan olan Ömər Əl-Səidin Səudiyyə dövlətindən tələblərinin tamamilə məntiqi və aqilanə, eləcə də müasir dünyada yaşamaq üçün zəruri ehtiyaclardan olduğunu bildirərək, Ərriyad başçılarının onunla olmuş rəftarlarını pisləyibdir.
O, habelə Ərəbistandakı bu insan haqları fəalının tez bir zamanda azad edilməsini istəyib.