Terrorçuların bomba partlatmaq təhdidinə baxmayaraq, minlərlə iraqlı və iranlı şiə İmam Hüseynin (ə) Ərbəin mərasimini keçirmək üçün Kərbəlaya doğru hərəkət edir.
Sonuncu bomba partlayışında 24 şiənin həlak olmasına baxmayaraq, zəvvarlar Ərbəin günü Kərbəlada olmaq üçün hələ də bu şəhərə doğru hərəkət edirlər.
Səddam Hüseyn rejiminin devrilməsi ilə nəticələnən ABŞ-ın İraqa hücumu zamanından Ərbəin çoxlu sayda partlayışların hədəfinə çevrilmişdir.
Bir çox zəvvar bildirir ki, təhlükələri bilirlər. Lakin Ərbəin günü İmam Hüseyn (ə) üçün matəm saxlamaqda qətiyyətlidirlər.
İraq rəsmiləri Ərbəin mərasimində iştirak edənlərin sayını milyonlarla nəfər elan edib ki, onların əksəriyyəti də İrandandır.