AsyaAvropaDünyaXƏBƏRLƏR

Moskva ,Suriya böhranının diplomatik yolla həll edilməsini istəyib

Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Suriya böhranının diplomatik danışıq tərzi ilə həll edilməsini istəyib.

Misirdə çıxan ” Əl-Youm Əl-Sabe” internet saytı Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanata istinadən qeyd edib : Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi ” Mixayil Bugdanov ” Suriyanın Moskvadakı səfiri ” Riyaz Həddad ” ilə görüşdə Suriya böhranının həlli yollarına işarə edib. O , Suriya böhranına son qoyulması üçün bu ölkədəki bütün siyasi qrupların iştirakı ilə hərtərəfli görüş və danışıqların yenidən aparılmasını istəyib.
Bundan qabaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT təhlükəsizlik şurası tərəfindən qəbul edilən qətnamələrə əsasən Suriya böhranının dinc yolla həllinə bağlı prinsiplərə sadiq olduğunu bildirmişdir.
Rusiya Xarici İşlər Nazirliyi bir bəyanatda Bugdanov və Suriya səfirinin görüşü ilə bağlı bəyanatında , gələn iyun ayında Suriyada keçiricək prezident seçkiləri mövzusuna toxunmayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu