İran İslam Respublikası prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısının kənarında Qırğızıstan və Çin prezidentləri ilə görüşərək danışıqlar aparıb.
Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək məqsədilə Qırğızıstan paytaxtı Bişkekə səfər edən İran İslam Respublikası prezid
enti höccətülislam vəlmüslimin doktor Həsən Ruhani Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşərək önəmli regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparıb.
Cənab Ruhani Çin prezidenti ilə görüşdə İran və Çinin tarixi münasibətlərinin keçmişinə toxunaraq İpək Yolunu bu tarixi əlaqələr üçün münasib şahid adlandırıb və əlavə edib: Asiyada qüdrətli bir ölkə olaraq Çinlə münasibətlərin genişləndirilməsi həmişə İran İslam Respublikasının diqqətində durmuşdur.
Çin prezidenti Tsi Cin Pinq də bu görüşdə bildirib: Çin Xalq Respublikası sülhməramlı nüvə enerjisini əldə etmək sahəsində İranın haqlı hüququnu dəstəkləyir.
Tsi Cin Pinq həmçinin İran və Çinin əməkdaşlığına İranın regional önəmli və təsirli rolunu qeyd edərək Suriya böhranın dinc yolla həlli üçün münasib struktur və mühitin yaradılmasını vurğulayıb.