İranda bütün ölkənin İmam Cümələri İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüblər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün bazar ertəsi günü(9 avqust) bu görüşdə buyurublar: İranın İslam İnqilabı mütləq istiqlaliyyətə və İslam dininə bağlı olaraq, Qərblilərə ağır zərbə vurdu.
Həzrət Ayətullahülüzma Xamenei sonra belə bildiriblər : İranın İslam İnqilabı İslami Mentalitetin oyanışına səbəb oldu və Qərbin istilaçılığı ilə mübarizədə praktiki metod yaratdı.
Dünyanın ən pis giriftarlıqlarından birinin müstəmləkəçilik fenomeni olduğunu bildirən İslam İnqilabının Böyük Rəhbəri sonra belə buyurublar: Müstəmləkəçilik dövrü davam edə bilməzdi və Qərb, Şərq və İslam ölkələrində iqtisadi, siyasi və mədəni formada özünün istilasını izlədi.