İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü islam və ərəb ölkələri, xüsusilə də Fars körfəzi ətrafında yerləşən ölkələrlə İran münasibətləri prosesi barəsində deyib: İranın xarici siyasətinin prioriteti islam və ərəb ölkələri, xüsusilə də önəmli və həssas Fars körfəzi ətrafında yerləşən ölkələrlə hər tərəfli münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsidir.
Həmçinin xatırladıb: İran İslam Respublikası islamın böyük ölkələri arasında bədbinlik və şübhə atmosferi və təfriqə yaratmaq üçün bəzi səyləri sayıqlıq və diqqətlə izləyir və gözlənilir ki, islamın böyük və təsirli ölkələri də müştərək mənafelərə əsasən bədxahların məqsədlərinin reallaşmasına mane olsunlar.
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran, islam dünyası və qonşu ölkələrin mənafeyi bir-birinə düyünlənmişdir və buna görə, cari böhranların həlli, problem və məsələlərə qalib gəlməyin və regional inteqrasiyanın möhkəmləndirilməsinin ən məntiqli yolu konstruktiv əməkdaşlıq və anlaşmadır.