İran İslam Şurası Məclisinin sədri İranla 5+1 qrupu arasında nüvə müzakirələrinin perspektivini müsbət qiymətləndirib.
Çində rəsmi səfərdə olan Əli Laricani bu gün səhər Pekində ticarət məsələləri üzrə məsul şəxslərlə toplantıda qərblilərlə son müzakirələrin müsbət perspektivə malik olduğuna toxunaraq bəzi anlaşılmazlıqların aradan qaldırılmalı olduğunu deyib.
İranın nüvə məsələsinin bu qədər avantüraya ehtiyaclı olmadığını bəyan edən Laricani söyləyib: İran İslam Respublikası heç vaxt atom silahı ardınca olmayıb və deyildir.
