Minlərlə fransalı homoseksualların evliliyinə icazə verən qalmaqallı qanun layihəsinin təsdiq edilməsinə qarşı nəticəsiz səylərin davamında bir daha nümayiş təşkil edib.
Homoseksualların evliliyi ilə müxalif olanlar aprelin 21-də Parisdə aksiya təşkil edərək, bu qanuna öz etirazlarını bildiriblər.
Bu aksiyada iştirak edən qadınlardan biri deyib: Biz uşaq hüquqlarını müdafiə üçün burdayıq. Biz istəmirik ki, hökumət uşaqların atasız və anasız böyüməsində rol alsın.
Fransa Senatı aprelin 9-da 179 lehinə və 157 əleyhinə səslə homoseksualların evliliyinə icazə verən qanun layihəsini təsdiq etdi. Həmçinin bu qanun homoseksual cütlərə övladlığa uşaq götürmək imkanı verəcək.
Homoseksualların evliliyinə icazə vermək Fransa prezidenti- Fransua Holandın seçkiöncəsi təşviqat kompaniyasının başlıca şüarı idi.