AvropaXƏBƏRLƏR

Avropanın parlament heyəti özünün Türkiyəyə olan səfərini ləğv etdi

Avropanın bir parlament heyəti çərşənbə günü Türkiyə hökumətinin Avropa Parlamentinə qarşı tənqidçi sözlərinə görə özünün Ankaraya səfərini ləğv etdi.

Ankara səfərində Avropa heyətinə rəyasəti üzərinə götürməsi qərara alınmış Avropa Parlamentinin alman mühafizəkar üzvü Elmar Bruk , Avropalı məsul şəxslərin Türkiyə hökumətinin Avropa Parlamentinə qarşı olduqca tənqidçi sözlərinə reaksiyada bu parlament heyətinin Türkiyəyə səfərini ləğv etmək haqda qərar çıxardıqlarını bildirib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən həftə, Avropa Parlamentində təsdiq edilən və onda Türkiyənin hökumətlə müxalif olan aksiyaçılara qarşı hədsiz-hesabsız zorakılıq tətbiq etməyə ittiham edilən qətnaməsinin qəbuledilməz olduğunu vurğulamışdı. Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan da bu qətnaməni kəskin şəkildə tənqid edərək, onu rədd etdi. Avropa Parlamentinin üzvləri öz qətnamələrində Türkiyə polisinin etirazçılara qarşı ifratçı formada olan aqressivliklər və sərt rəftarları haqda kəskin nigaranlığını bildirərək, Türkiyədə aqressivliklərə son verilməsini istəmişdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu