Daxil olan məlumatlara görə, Qahirədə Mursinin tərəfdarları və müxalifləri arasında toqquşma baş verib, polis vəziyyətə müdaxilə etməli olub.
son vermək üçün gözyaşardıcı qazdan istifadə edib.
Mursinin tərəfdarları Qahirədə bir sıra nazirlik binaları qarşısında etiraz aksiyaları təşkil ediblər.
Mursinin tərəfdarlarından ibarət olan çevriliş müxalifləri hakimiyyətdən kənarlaşdırılmış prezidenti himayə məqsədilə milyonluq aksiyanın keçirilməsini istəyiblər.
Bu çağırış müvəqqəti dövlətin Qahirədə etiraz aksiyası keçirən Mursi tərəfdarlarına qarşı güc tətbiq edəcəyi ilə bağlı xəbərdarlığının ardınca edilib.
Mursiyə qarşı hərbi dövlət çevrilişindən bəri onun tərəfdarları hər gün etiraz aksiyaları təşkil edirlər.