İranın xarici işlər naziri Suriya barəsində beynəlxalq konfransın keçirilməsi istiqamətində Rusiya və ABŞ-ın layihəsini dəstəkləyib.
İran İslam Respublikası xarici işlər naziri Əli Əkbər Salehi Şpigel həftəliyi ilə eksklüziv müsahibədə indiyə qədər Suriya barəsində konfransda iştirak üçün İranın dəvət olunmadığını bəyan edərək söyləyib: İranın dəvət olunmadığı təqdirdə, bu konfrans mütləq məğlubiyyətə uğrayacaq.
“İran regionun önəmli ölkələrindəndir və Suriya hökuməti və müxalifləri arasında müzakirələrin irəliləməsi imkanına malikdir” –deyə Salehi bildirib.
İranın bölgədə əsas ölkələrdən olduğunu qeyd edən xarici işlər naziri Bəşşar Əsədin iqtidardan getməsinin müzakirələrin ön şərti olmamasını vurğulayaraq deyib: Dinc həll yolu ilə Suriya böhranına son qoymaq olar.
İran və Misir əlaqələrinə münasibət bildirən Salehi əlavə edib: Tehran Suriya məsələsi barəsində Qahirə ilə möhkəm münasibət və əməkdaşlığa malikdir və İran və Misir böhranda xarici müdaxilənin olmaması, Suriyanın suverenliyi və ərazi bütövlüyünə zəmanət və bu ölkə quruluşu və müxalifləri tərəfindən müştərək keçid rəhbərliyinin təşkili üzrə 3 seçim üzərində eyni fikirdədirlər.
İranın xarici işlər naziri terrorçuların Suriyada kimyəvi silahlardan istifadə etmələrini pisləyərək bildirib: İran İslam Respublikası kütləvi qırğın silahlarından istənilən istifadəni pisləyir.