Müxtəlif ölkələrdən jurnalistlər BMT Təhlükəsizlik Şurasının binası qarşısında toplaşaraq müxtəlif böhranlarda öz əməkdaşlarının qətlə yetirilməsini pisləyiblər.
Jurnalistlər müxtəlif ölkələrdə əməkdaşlarının qətli ilə bağlı bir neçə dəhşətli hala toxunaraq sui-qəsdlərin amillərinin mühakimə olunmasını tələb ediblər.
Jurnalistləri himayə komitəsinin məlumatına görə, 2013-cü ilin yanvar ayından indiyə qədər dünyanın müxtəlif bölgələrində 28 reportyor qətlə yetirilib.
BMT baş katibi Ban Ki Munun köməkçisi İan İlyasunun dediyinə görə, təkcə 2012-ci ildə Suriyada 40-dan çox jurnalist və internet reportyoru dünyasını dəyişib.
İlyasun həmçinin jurnalistlərin qətllərinin 90%-nin ədliyyə cəhətindən araşdırılmadığından təəssüflənib.