DünyaXƏBƏRLƏR

Pentaqon Əfqanıstanda təhlükəsizlik memorandumunun imzalanması üçün təzyiq göstərir

ABŞ Müdafiə Nazirliyi Pentaqon xəbərdarlıq edib ki, Əfqanıstan hökuməti ya Birləşmiş Ştatlarla təhlükəsizlik memorandumunu dərhal imzalamalıdır, yaxud da Pentaqonun “Sıfır seçimi” adlandırdığı məsələ ilə üzləşəcək.

Pentaqon sözçüsü deyib: “İkitərəfli təhlükəsizlik memorandumu” dərhal nəticəyə çatmadığı halda, Amerika Əfqanıstanda gələcək üçün və hərbi iştirak olmadan başqa bir proqramı tənzimləyərək icra edəcək.
Stiv Varen deyib: Biz bu memorandumu imzalamağa hazırıq.
Pentaqon sözçüsünün sözlərinə görə, Birləşmiş Ştatlar Əfqanıstandan bu memorandumu dərhal imzalamasını istəyir. Bu təhlükəsizlik memorandumu dərhal nəticəyə çatmadığı halda, Amerika 2014-cü ildən sonra Əfqanıstanda hərbi iştirak olmadan gələcək üçün yeni proqram tənzimləməyə məcbur olacaq.
Əfqanıstan prezidenti Hamid Kərzay bundan öncə bu memorandumu qəbul etmək və imzalamaq üçün ABŞ tərəfindən təzyiqlərin tətbiq olunmasını tənqid etmiş və Vaşinqtonu müstəmləkəçi qüdrətlərə oxşar rəftar etməkdə suçlamışdı.
ABŞ öz qalan hərbçilərinə qanuni toxunulmazlıq bağışlamaq üçün bu memorandumun imzalanmasını istəyir.
Əfqan fəallar bildirirlər ki, Vaşinqtonla Kabil arasında bu təhlükəsizlik memorandumu müharibə ilə üzləşən bu ölkədə ABŞ-ın hərbi iştirakını davam etdirmək üçün şərait yaradır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu