İran xarici işlər nazirinin müavinləri və Avropa Birliyi xarici siyasət məsulunun köməkçisi arasında Vyanada edilən iclas sona çatdı.
Viyana’dan alınan xəbərə görə, İran xarici işlər nazirinin müavinləri Seyyid Abbas Erakçi və Məcid Tahtrevançi dünən Avropa Birliyi xarici siyasət məsulunun köməkçisi Helga Schimith arasında yekun razılaşma metinin proqramı çərçivəsində Kuburg oteldə edilən iclas iki yarım saat sürdü.
Digər tərəfdən İran və 5 + 1 qrupu mütəxəssisləri isə Kuburg oteldə danışıqlarını davam etdirməkdədirlər.
Dünən də İran xarici işlər nazirləri ilə Helga Schimith arasında yenə görüş reallaşmışdı.
Bu arada İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, sabahdan etibarən nüvə danışıqlara təkrar başlayacaq.
İran xarici işlər naziri, Lüksemburqda Avropa Birliyi xarici siyasət məsulu Fedrica Mogherini’nin yanı sıra İngiltərə, Fransa, Almaniya xarici işlər nazirləri ilə görüşəcək. Zərif, ABŞ xarici işlər naziri ilə də görüş ehtimalı var.
İslami İran xarici işlər naziri, daha sonra Vyanaya gedəcək və keçən çarşambadan bəri danışıqlar halındakı köməkçiləri ilə nüvə müzakirələrin gedişatı mövzusunda görüş alış-verişində olacaq.