FələstinXƏBƏRLƏR

Əl-Əqsa məscidinə hücumda 55 fələstinli xəsarət alıb

Sionist rejim hərbçilərinin hücumu zamanı əl-Əqsa məscidinin ətrafında 55 fələstinli xəsarət alıb.

Fələstinin MƏA xəbər agentliyinin məlumatına görə, sionist rejim hərbçiləri cümə günü əl-Əqsa məscidinin ətrafında plastik güllələr və gözyaşardıcı qazlarla fələstinli namaz qılanlara hücum ediblər. Nəticədə 55 fələstinli yaralanıb.

Daha 15 fələstinli də sionist rejim hərbçiləri tərəfindən saxlanılıb.

Cümə günü əl-Əqsa məscidinin ətrafında çıxan toqquşma sionist rejim hərbçilərinin məscidi tələm-tələsik boşaltmaları üçün fələstinlilərə qarşı güc tətbiq etmələrinin ardınca baş verib.

Sionistlər müqaviməti zəiflətmək və fələstinlilərin repressiyasını gücləndirmək məqsədilə təqribən hər gün fələstinlilərin evlərinə hücum və müxtəlif bəhanələrlə insanları həbs edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu