İran xarici işlər nazirinin müavini və nüvə ekspert Macid taxt Revançi nüvə müzakirələrdə çox həssas bir mərhələyə gəlindiyini ifadə etdi.
Xarici işlər naziri müavini və nüvə ekspert Macid taxt Revançi Almaniyanın Der Speigel jurnalına verdiyi müsahibədə, nüvə müzakirələrdə çox həssas bir mərhələyə gəlindiyini ifadə etdi.
Nüvə müzakirələrin sonuna az bir müddət qaldığını xatırladan taxt Revançi, ancaq tərəflərin mövqeyinin çox dəyişmədiyini və köhnəsi kimi olduğunu qeyd etdi.
Revançi, indiki müzakirələr nəticəyə çatmadığı təqdirdə beynəlxalq müşahidəçilərin Qərbi məsul tutacağını, çünki İranın razılaşmağa çatmaq üçün bütün səyini xərclədiyini bildiklərini vurğuladı.
Revançi, uzlaşmanın yolunda ən əhəmiyyətli maneələrin uran zənginləşdirmə və sanksiyalar olduğunu bəyan etdi.

