Birləşmiş Millətlər Təşkilatı bir bəyanat yayaraq bildiribdir ki, sionist İsrail rejiminin ayrı-seçkiliyə əsaslanan siyasətləri Beytül-Müqəddəsin (Yerusəlim) şərqində yerləşən fələstinli uşaqlardan 80%-dən çoxunun yoxsulluqda yaşamasına səbəb olub.
BMT-nin Ticarət və İnkişaf Konfransı bir bəyanat yayaraq, belə vurğulayıb: “Ötən bir ildə Yerusəlimdə fələstinlilərin yoxsulluqları daima artmaqda olub”.
Bu bəyanatın davamında belə bildirilib: Fələstinlilər arasındakı yoxsulluq bu şəhərdə günü-gündən artan iqtisadi təcridlə sıx əlaqədədir.
BMT-nin Ticarət və İnkişaf Konfransı sionist İsrail rejiminin qeyri-qanuni şəhərcik salma fəaliyyətlərinin sona çatmasını istəyərək, İordan çayının qərb sahilinin kənarında bufer divarı inşa etməsini pisləyib.
BMT və dünya ölkələrinin əksəriyyəti sionist sakinli şəhərciklərin qeyri-qanun olmasına inanır. Çünki bu ərazi 1967-ci ildə baş vermiş müharibədə sionist İsrail rejimi tərəfindən işğal edildi. Buna görə də işğal edilmiş ərazilərdə inşaat və ev tikməni qadağan edən Cenevrə Müqaviləsi bəndlərinə şamil edilir.