Sionist qəsəbə sakinləri öz rasist hərəkətlərinin davamında fələstinlilərin əkin sahələrini dağıdıblar.
Fələstinlilərin əkin sahələrində kənd təsərrüfatı məhsullarının yığımı fəslinin başlanması ilə bir vaxtda sionist qəsəbə sakinləri İordan çayının qərb sahilində yerləşən Silfit vilayətində onların əkin sahələri və məhsullarını dağıtmağa başlayıblar.
Bu sionistlər həmçinin öz mal-qaralarını fələstinlilərin əkin sahələrinə buraxmaqla onların əkin sahələri və məhsullarını məhv ediblər.
Digər tərəfdən, Qüdsü işğal etmiş rejim ordusunun hərbçiləri Əl-Xəlil şəhərinin cənubunda yerləşən Yəta qəsəbəsinin şərqindəki Ummulxeyr kəndinə basqın edəndən sonra öz buldozerləri ilə fələstinlilərin binalarını dağıdıblar.
Sionist qəsbkarlar Əl-Xəlilin cənub məntəqələrinin fələstinli sakinlərini təzyiq altında qoyaraq, onları öz ev-eşiklərini tərk etməyə məcbur edib, onların ərazilərini müsadirə etməyə çalışırlar.