DünyaXƏBƏRLƏR

Ərəbistanlı qadınların musiqi alətlərinin satış mağazalarına girişi qadağan oldu

Səudiyyə Ərəbistanı qadın hüquqlarının pozulmasının davamında qadınların musiqi alətlərinin satışı mağazalarına girişinə qadağa qoyub.

Ərəb dilində çıxan”Əl-Həyat” qəzetinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının “Əmr be məruf və nəyh əz münkər—Yaxşılara dəvət və pisliklərdən çəkindirmə-komitəsi musiqi alətləri satan mağazalara göstəriş verib ki, mağazaların girişinə əlverişli əlamətlər quraşdıraraq qadınların girişini qadağan etsinlər.

Səudiyyə Ərəbistanı Dünyanın yeganə ölkəsidir ki, orada qadınlar maşın sürmək haqqından məhrumdurlar. Bu qadağa qanuni bazaya malik deyil lakin vəhabi ruhanilərin dini fitvalarına əsasən qadınlar maşın sürə bilmirlər.

Səudiyyə Ərəbistanında qadınlar Dövlət qız məktəblərində idman fəaliyyətləri ilə də məşğul ola bilməzlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu