Rusiya prezidenti Ukraynada ifratçı cərəyanların hərəkətindən narahatlıq ifadə edib.
Press TV-nin verdiyi məlumata əsasən, Rusiya prezidenti Vladimir Putin cümə günü (28 mart) amerikalı həmkarı Barak Obama ilə apardığı telefon danışığında Ukraynadakı ifratçı qurpları dinc əhalini hədəlməkdə ittihamlandırıb.
Obama isə həmin telefon danışığında rus qüvvələrinin Ukrayna sərhədlərindən geri çəkilməsi ilə Ukraya məsələsinin diplomatik yolla həll edilməsini dəstəkləyəcəyini bildirib.
Amerika və Rusiya prezidentləri həmçinin Ukrayna böhranına son qoyulması üzrə Vaşinqtonun təklifini araşdırıblar.
Eyni halda Rusiyanın BMT-dəki nümayəndəsi deyib ki, Moskva Ukrayna böhranının həll edilməsi istiqamətində beynəlxalq ictmaiyyətlə əməkdaşlıq etməyə hazırdır.
Ukrayanda baş verən hadisələr və Krım Yarımadasının bu ölkə tərkibindən çıxıb Rusiyaya qovuşmasına gətirib çıxaran dəyişikliklər, Vaşinqton-Moskva arasındakı əlaqələrin misilsiz şəkildəgərginləşməsi ilə nəticələnib.