SuriyaXƏBƏRLƏR

Laricani: İranın nüvə müzakirələri üçün şərt deyil, prinsipi vardır

İran İslam Şurası Məclisinin sədri deyib: Tehranın nüvə müzakirələrinin davam etməsi üçün xüsusi şərtləri yoxdur. Lakin sadiq qaldığı prinsipləri vardır.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani əl-Aləm telekanalı ilə müsahibədə deyib: İranın 11-ci hökumətinin strategiyası budur ki, qərb müzakirə masası arxasında düzgün təklif irəli sürsün ki, İslam Respublikası bu təkliflərlə müzakirələri irəlilədə bilsin.

Laricani İranın 11-ci hökumətdə qərblə əlaqəsinin forması barəsində deyib: İran heç vaxt qərblə mübahisədə deyildir, Avropa ilə ticarət və siyasət münasibətlərinin tərəfdarıdır. Onlar İranın yeni hökumətinin iqtidara gəlməsi fürsətindən istifadə edərək İranla konstruktiv dialoqlar üçün zəmin yarada bilərlər.

İranın qanunvericilik orqanının rəhbəri İran İslam Respublikasının ABŞ-la əlaqəsi barəsində də əlavə edib: Danışıqların nə üçün keçirildiyi və hansı prinsiplərinin olduğu bəlli olmalıdır. İranın hazırkı şəraitdə əsas məsələsi bu məsələ deyildir. Çünki İran həmişə öz mənafeyi və öz hüququnu hansı formada tələb edəcəyi ardıncadır.

Bəzi qərb ölkələrinin İrana qarşı propaqandalarına toxunan Laricani deyib: Regionda İrandan yaradılan fobiya təbii deyildir. Bəzən kökü ixtilaf yaratmaq ardınca olan bəzi ölkələrin təhlükəsizlik xidmətlərindədir; Bəzən də medialar bu məsələni qabardırlar; Bəzən isə bəzi ölkələrin ruhaniləri bu ixtilafları alovlandırırlar ki, yanlış addımdır.

İran İslam Şurası Məclisinin sədri Suriya barəsində də deyib: Suriya məsələsində bəzi ölkələr hərbi güc tətbiq etməklə məsələni həll edə biləcəklərini təsəvvür edirlər. Lakin İran heç bir ölkədə silahla demokratiyanın bərqərar olunmasına inanmır. Təəssüflər olsun ki, qərb ölkələri İranın xəbərdarlığına etina etmədilər və Suriyada belə bir vəziyyəti yaratdılar ki, hazırda Cenevrə-2 konfransının da aqibətinin necə olacağı bəlli deyildir.

Laricani Misir məsələləri barəsində də deyib: Misirdə istənilən həll yolu onun daxili şəraiti və xalqın seçimi ilə əlaqədədir və Misir üçün kənardan irəli sürülən variantlar əbəsdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu