DünyaXƏBƏRLƏR

Cari ildə İranda xam polad istehsalı həcmi 24 mln. tonadək artacaq

ran İslam Respublikasının sənaye, mədən və ticarət nazirinin mədənlər və mədən sənayesi üzrə müavini 2013-cü ildə İranın polad istehsalı tutumunun 24 milyon tondan yuxarıya çatacağından xəbər verib.

Vəciullah Cəfəri bildirib ki, bu il İranın polad istehsalı sahəsindəki imkanı 24 milyon tondan yuxarıya çatacaq. O, deyib: Statistikalar göstərir ki, İran, İslam İnqilabının qələbəsindən sonra müharibə, sanksiya, təhdid və siyasi təzyiqlərin olmasına rəğmən, sənaye və mədən sahələrində diqqətəlayiq irəliləyişə malik olub.
İranın sənaye, mədən və ticarət nazirinin mədənlər və mədən sənayesi üzrə müavini əlavə edib: Mövcud statistikalara əsasən, İranda polad istehsalı həcmi 1978-ci ildəki 500 min tondan 2013-cü ildə 24 mln. tonadək artacaq və polad məhsulları istehsalı miqdarı həmin müddətdə bir milyon tondan 31 milyon tona çatıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu