İranın Bəsic Təşkilatının sədri deyib: ABŞ-ın Suriyaya hücumu Fələstinin azadlığına gedən yolu asanlaşdırmış olacaq. Çünki, İran xalqı və region xalqları beynəlxalq mülahizələrə görə əməli addımlar atmırlar. Lakin, qeyri-qanuni təcavüzlər bu mülahizələrin görməməzliyə vurulmasına səbəb olacaq ki, bu da ABŞ-a qarşı daha geniş və ciddi reaksiyalara gətirib çıxardacaq.
Məhəmməd Rza Nəqdi jurnalistlər qarşısında deyib: Bu gün düşmənlər puç və əsassız iddialarla Suriyada müqavimətə zərbə vurmaq istəyirlər. Lakin, əsas məqsəd ABŞ-ın dünyaya ağalıq etməsidir.
O, əlavə edib: Əgər Amerika kimyəvi silah məsələsinə görə Suriya qarşısında üzərinə hansısa məsuliyyətin düşdüyünü hiss edirsə, bəs nə üçün Sərdəşt və Hələbçənin Səddam rejimi tərəfindən kimyəvi bombardmanı qarşısında heç bir məsuliyyət hiss etmədi? Saxta atom bombası təhlükəsi bəhanəsi ilə İraqı işğal edən amerikalılar nə üçün işğal olunmuş Fələstin ərazilərindəki 200-dən çox atom bombasına reaksiya vermirlər? Bütün bunlar sübut edir ki, məqsəd terrorizmlə mübarizə yox, zorakılıq, qarətçilik və sionist rejimi müdafiədir.