İranın prezidenti- Həsən Ruhani və Nyu-Yorkda olan iranlı heyət Birləşmiş Millətlər Təşkilatının baş katibi- Ban Ki-moonun nahar ziyafətində iştirak etməyiblər.
Nyu-Yorkda İran prezidentini müşayiət edən heyətin bir üzvü İran tələbələrinin xəbər agentliyi- ISNA ilə müsahibədə bu xəbəri təsdiq edərək, deyib: İranın rəsmi mərasimlər üzrə protokollarına əsasən, iranlı heyətlər spirtli içkilərdən istifadə olunan ziyafətlərdə iştirak etmirlər.
O, belə qeyd edib: İranlı heyətlər keçmişdə də heç vaxt bu mərasimdə iştirak etməyiblər.
Bundan qabaq bəzi xarici medialar bu ziyafətin qurulduğu məkanı İran və Amerika prezidentlərinin ilk görüşünün ehtimal olunan məkanı kimi qeyd etmişdilər.